Həyatınızın ilk zəngi

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə nəhəng alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər. Hər il olduğu kimi bu il də məktəbdə Bilik Gunu qeyd edilir.Valideynindən ayrılıb kövrələn yuxudan doymayıb dərsə getmək istəməyən birinciləri qarşılayıb siniflərə yerləşdirmək kimi maraqlı anların bu il də bir daha şahidi olduq. Bu il məktəbimizə 166 gül bala 1-ci sinfə qədəm qoyur.Bu münasibətlə hər bir valideyni təbrik edir və şagirdlərimizə daima uğurlar arzu edirik. İlk zəng çalındı və siniflər öz balaca qonaqlarını qarşıladı.