Ulu Öndər Uşaqların gözü ilə

5 may 2023-cü il tarixdə məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Uşaqların gözü ilə” adlı tədbir keçirildi.Tədbirin təşkilatçısı məktəbin fizika müəllimi Təranə abulova idi. Tədbirdə Yeni Azərbaycan Partiyası Binbəqədi rayon təçkilatının sədr müavini Sevinc Abdullayeva Binəqədi Rayon İcra hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Asmal Ələsgərov rayon ərazisində fəaliyyət göstərən tam orta ümumitəhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.Tədbirdən öncə sərgiyə baxış keçirildi və ümumilli lider Heydər Əliyev haqqında film nümayiş edildi.Məktəb şagirdlərinin Ulu Öndər haqqında fikirlərindən bəhs edən videçarxlar Ulu Öndərə həsr olunmuş mahnıları,rəqsləri tədbir iştirakçılarında böyük maraq doğurdu. Tədbirin sonunda yeni Azərbaycan Partiyası Binəqədi Rayon təçkilatının sədr müavini Sevinc Abdullayeva Ulu Öndərlə bağlı xatirələrini şagirdlərlə bölüşdü.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi