Uşaq ili

Bugün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Təsadüfi deyildir ki, ölkə başçısı cənab İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir.
Bugün ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. İstər təhsil, istər mədəniyyət, istərsə də səhiyyənin inkişafı uşaqlarımızın sağlam və hərtərəfli gələcəyi üçündür. Ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur.