Qəhrəman jurnalist

Bakı Binəqədi rayonuşəhid Namiq Fərəczadən adına 100 nömrəli tam orta məktəbin sinif otaqlarından birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.Keçirilən tədbirdə məktəbin müəllim və şagirdc kollektivi, M.İbrahimovun ailə üzvləri,yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub, ardınca Azərbaycanın Dövlət Himni səslənib.Məktəbin rus bölməsinin ibtidai sinif rəhbəri İnqa Tolmaçova bildirib ki, M.İbrahimov burdan təhsil alıb və oxduqu müddətdə ən nümunəvi şagirdlərdən biri olub.O söyləyib ki, Məhərrəm hər zaman məktəbin tədbirlərində fəal iştirak edib: “Məhərrəm hələ uşaq yaşlarından vətənpərvərliyə ilə seçilirdi. Jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə də vətənpərvərliyini sübut edib.O,ömrünün sonuna qədər Vətəninə, millətinə bağlı olub. Orta məktəb direktorunun müavini Kəmalə hacıyeva deyib ki, təhsil ocağının rəhbərliyi şəhid məzununun xatirəsini daimi əziz tutur və Məhərrəm adını əbədiləşdirmək üçün sinif birinə onun adını vermək qərarına gəlib:“Məqsədimiz milyonların ürəyində özünə tac quran Məhərrəm İbrahimovun xatirəsini əbədiləşdirməkdir”. Ardınca M.İbrahimovun həyat və fəaliyyəti ilə bağlı videoçaxr nümayiş olunub, şagirdlər şeirlər söyləyiblər. Şəhid ailəsi adından M.İbrahimovun bacısı Sevda Əsgərova çıxış edib. O deyib  ki, aprelin 16-da şəhid qaydaşının  41 yaşı tamam olub:“İki ildir ki, doğum  gününün onsuz qeyd edirik”. O, göstərdikləri diqqət və qayğıya görə məktəbin  rəhbərliyə  təşəkkürünü bildirib.

          Xatırladaq ki,işğaldan  azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid oldu. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Sirac Abış oğlu Abışov,Arif Ağalar oğlu Əliyev və Məhərrəm Əli oğlu İbrahimovu “ 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi