Heydər Əliyev dərsi

Heydər Əliyev dərsləri
Ulu Öndər Heydər Əliyev kiçikdən -böyüyə hər kəsin sevdiyi,şəxsiyyətinə heyranlıq və hörmətlə yanaşdığımız,Azərbaycanın dahisi, səmimi insanın anadan oluşunun 100 illiyi ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir.Məktəbin tarix müəllimi Aslanova Ramella “Heydər Əliyev dərsi” keçirdi.Ulu Öndərin apardığı uğurlu siyasətlə bağladığı müqavilələrdən danışdı.Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi,milli özünüdərkin inkişafı,xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçiliyin arzularının və hislərinin güclənməsi,real siyasi amilə çevrilmişdir.Azərbaycan xalqının ümumumilli lideri dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir,bənzərsiz şəxsiyyətdir.Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbətlikdir.Aslanova Ramella müəllim tarixin tarixi şəxsiyyəti haqqında çıxışında hər bir nüansa toxundu.Şagirdlər ilə maraqlı dialoqlar apardı.Dünya miqyasında ən nüfuzlu dövlət başçıları tərəfindən bəyan edildiyi kimi,Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub.Xalqımızın yaddaşında yaradıcı,qurucu və xilaskar obrazını daim yaşadıb,qəlblərdə əbədi məhəbbət qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi