Xocalıya ədalət

Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir 24 fevral tarixində məktəbin 6-cı sinif şagirdləri və Azərbaycan dili müəllimi Günay Quliyevanın təşəbbüsü ilə keçirilib. Tədbirdə məktəbin rəhbər nümayəndələri də iştirak ediblər.

Tədbir Azərbaycanın himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şagirdlər Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndirib, və həmin gecənin dəhşətlərini əks etdirən divar qəzetləri hazırlayıblar.Tədbirdə şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat verilib. O qanlı gecə erməni qəsbkarlarının Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən, Xocalıya qarşı törədilən bu cinayətin dəhşətlərindən, insanların amansızcasına qətlə yetirilməsindən, Xocalı qətliamının canlı şahidlərinin fəryadından danışılıb. Daha sonra Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərin, "Xocalıya ədalət" kampaniyasının əhəmiyyəti xüsusi vurğulanıb. Hər il fevral ayının 26-sı "Ana harayı" abidəsinin önünə xalqımızın kütləvi şəkildə axışmasının əhəmiyyəti də diqqətə çatdırılıb. Biz Xocalı faciəsini unutmadıq və unutmarıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi