Ana dilimiz

21 Tevral 2023-cü il tarixində Binəqədi rayon N.Fərəczadə adına 100 nömrəli məktəbin Ədəbiyyat müəllimi Əkbərova Fəxriyyə məktəbin kitabxanasında Beynəlxalq Ana Dili günü ilə bağlı tədbir keçirdi.
Tədbirdə Ixc sinif şagirdləri şairlərimizin ana dili ilə bağlı şerilərinin bədii qiraət ediblər.Bundan sonra onların hazırladıqları divar qəzeti nümayiş etdirilib. Dilimizin gözəlliyi,saflığı haqqında məlumat verildikdən sonra Ana dilimizə həsr olunmuş məxtəlif əsərlər nümayiş olunub.