Ana dilimizi sevək sevdirək

21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş “Ana dilimizi sevək sevdirək” adlı tədbir keçirilib

“Ana diilimizi sevək və sevdirək” adlı tədbir Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbin 1-ci siniflərinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.

Tədbir dövlət himninin səsləndirildiyi videoçarxın nümayişi ilə başlayıb. Daha sonra tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili müəllimi Aslanova Könül və İbtidai sinif müəllimi Qədirova Nərgiz açıb. Onlar çıxışlarında ana dili gününün tarixindən, əhəmiyyətindən danışıblar.

Daha sonra tədbir Azərbaycan, rus və ingilis dilində şeirlərin təqdimatı ilə davam edib. Sonda məktəb rəhbərliyi tərəfindən şagirdlərə hədiyyələr təqdim olunub. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi