Heyvanlar aləminə səyahət

Binəqədi rayonu N.Fərəczadə adına 100 № li tam orta məktəbin rəhbərliyi tərəfindən təşkil olunmuş Bakı zooparkına səyahət edənlərdən biri də həmin məktəbin 6c sinfi olmuşdur. Səyahətin əsas məqsədi uşaqlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq olmuşdur.

İlk olaraq,uşaqlar bələdçinin köməyilə zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını çox böyük maraqla izlədilər.Heyvanlar arasında Azərbaycan ərazisində rast gəlinməyən,adları “Qırmızı Kitab”a düşmüş heyvanları gördük. Pələng,yaquar,leopard,Afrika aslanları,

ilan və s. Bunlardan başqa Sultan toyuğu,Avstriya keçisi, Kamurun keçisiuzunquyruq meymunlar da vardır.Meymunların arasında yeni doğulanlar da vardır.Sonda uşaqlar xatirə fotoları çəkdirib.Qısa müddətdə dostlaşdıqları heyvanlarla vidalaşmaq məcburiyyətində qaldılar.Uşaqlar bu gəzinti üçün məktəb rəhbərliyinə təşəkkür edib.Belə səyahətlərin hec olmasa ildə 1-2 dəfə olmasını xahiş etdilər.Çox məmnun qaldıqlarını və sevinc hissi yaşadıqları uşaqların gözlərindən bilinirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi