Təbiəti qoruyaq

Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
        Bizim yaşadığımız dünya çox gözəidir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da eiə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.
        Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır.
Hər vaxt təbiəti gətirək yada,
O, bizi duyğusuz, ruhsuz sanmasın.
Yollar uzansa da, yollar artsa da,
Meşələr pozulub yaralanmasın.

7ç sinfinin şagirdləri təbiəti qoruyaq mövzusu üzrə  araşdırma apararaq,  təbiətə dair şəkillər çap ediblər,Şagirdlər mövzu üzrə  hazırladıqları slaydda təbiəti qorumağın vacibliyini qeyd etdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi