Sağlam həyat

Sağlam yaşamaq üçün ətraf mühiti qoruyub saxlamaq hər birimizin borcudur.Bunun üçün hər birimiz bir vətəndaş kimi aldığımız havanı,yaşıllığı,ətraf aləmi və təmizliyi qorumalıyıq.Keçdiyimiz dərslər zamanı bunları övladlarımıza şagirdlərimizə və ətrafımızda olan hər bir kəsə anlatmalıyıq.
İnsanın özünü, öz maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağlamlıq lazımdır. Məşhur «sağlam ruh, sağlam bədəndə olar» kəlamı da təsadüfən yaranmamışdır. Doğrudur, bu fikir mütləqləşdirilə bilməz; belə ki, fiziki sağlamlıq mənəvi sağlamlıq üçün hələ kifayət deyil. Lakin bu şərt kafi olmasa da, zəruri şərtdir. Həm də təkcə idmançılar üçün yox, hamı üçün.
Biologiya müəllimi Qafarova Xurmayənin 8 e sinif şagirdləri ilə apardığı dərs zamanı sağlamlığın həyatımız üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğuladı.Aparılan dərs zamanı şagirdlər ilə maraqlı sual cavablar səsləndirildi.
İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik.