Zəfər tarixi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Məktəbin tarix müəllimi Aslanova Ramella 9 bˌ 9 c ˌ9 d sinif şagirdərinin iştirakı iləʺ Zəfər tarixi ʺ adlı konfrans təşkil etdilər. Ramella müəllimə igid oğullarımızınˌ rəşadətli ordumuzun və müzəffər Ali baş komandanımızın apardığı siyasətin nəticəsində bugün ʺQarabağ bizimdirʺ cümləsini tamamladıq. Bu yolda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik.
İbtidai siniflər üzrə director müavini H.Kəmalə çıxış edərək Şuşada olduğu zaman keçirtdiyi qürür hissindən duyğularından danışdı.O bu hissin necə qürurverici şərəfli hiss olduğunu qeyd etdi.Bugünü bizə asadan oğullara borclu olduğumuzu da fəxrlə dedi.
Məktəbin direktoru Gülnarə xanım şagirdlərə və tarix müəllimi Ramella müəlliməyə öz təşəkkürünü bildirdi.