İnkişaf edək,etdirək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Yaradıcı müəllim: inkişaf edək, etdirək" təqdimat müsabiqəsinə start verilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.
Müsabiqədə 100 nömrəli məktəbin Azərbaycan dili (dövlət dili) müəllimi Aslanova Könül və rus dili müəllimi Aslanova Zərifə iştirak ediblər. Qeyd olunan müəllimlərlə yanaşı onların dərs keçdiyi şagirdlər də öz bacarıqlarını nümayiş etdiriblər.