Firidun bəy Köçərlinin yaradıcıllığı

Görkəmli alim,tənqidçi,pedaqoq F.B.Köçərli Azərbaycan ictimai siyasi həyatında mühüm yer tutur. Qırx illik fəaliyyətini xalqının tərəqqisinə həsr edən M.F.Axundzadənin maarifçilik ənənələrinin davamçısıdır.
Gənc nəslin tərbiyəsində önəmli yer tutan “Balalara hədiyyə” kitabı hər məktəblinin stolüstü vəsaitinə çevrilib. şəhərimizdə böyük ədibin adını daşıyan uşaq kitabxanası fəaliyyət göstərir. 100 №li məktəbin ədəbiyyat müəllimləri Mehdiyeva Gülnar və Əkbərova Fəxriyyənin təşəbbüsü ilə IX a və IX c
sinif şagirdlərinin kitabxanaya ekskursiyası təşkil edildi.rəhbərlik və əməkdaşlar məktəblilərə kitabxananın fəaliyyəti haqqında geniş məlumat verdilər. Kitabxananın şöbələri elektron kitablar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün vəsaitlərlə tanış oldular.Şagirdlər ekstursiyadan razı qaldılar.