Şuşa Qarabağın döyünən ürəyidir

Respublikamızda 2022-ci il “Şuşa ili” elan olunub.Şuşa Qrabağın döyünən ürəyidir.Azərbaycanın dilbər guşələrindən biri,alınmaz qalası mədəniyyət məbədidir.Qarabağı Şuşasız təsəvvür etmək olmaz.Gözlədiyimiz gün, tarixi an baş verdi.Şuşamız azad oldu.Yenə Cıdır düzümüz qonaqlı-qaralı oldu.Şuşamızın azad olunması-Zəfər günü ilə bağlı Binqədi rayonu N.Fərəczadə adına 100 nömrəli orta məktəbdə bir sıra tədbirlər təşkil olundu. Şagirdlərin ifasında musiqilər,şeirlər səsləndi. Rəsm əsərləri çəkildi,divar qəzetləri təşkil olundu. Eyni zamanda Şuşa ilə bağlı inşa müsabiqəsi də keçirildi.