Zərərli vərdişlərə birlikdə yox deyək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.09.2022-ci il tarixli F-305 nömrəli əmri ilə təsdiq edilmiş "Zərərli vərdişlərə birlikdə yox deyək!"layihəsi çərçivəsində 21 noyabr 2022-ci il tarixində Bakı şəhəri Binəqədi rayon 100saylı tam orta məktəbdə "Zərərli vərdişlərə birlikdə yox deyək!" mövzusu çərçivəsində maarifləndirici tədbir təşkil olunmuşdur.Tədbir ərzində məktəblilər zərərli vərdişlərin düzgün anlaşılması, onların insan həyatına təsiri, həmçinin onlardan qaçmağın, yayınmağın yolları mövzusunda maarifləndirilmişdir.Sonda şagirdlərin mövzu ətrafında fikirləri dinləndi,sualları cavablandırıldı.

Tədbir məktəbin psixoloqları Təranə Vəliyeva və Səma Orucovanın təşəbbüsü ilə təşkil olunmuşdur.Tədbirdə məktəbin UBR rəhbəri Nəzakət Məmmədova və həkimi Dürrə Bije iştirak etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi