Uşaq hüquqları haqqında konvensiya

BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilib.Bu mövzu ilə bağlı Binəqədi rayon 100 saylı tam orta məktəbin V,VI,VII sinif şagirdləri ilə dəyirmi masa keçirildi.Şagirdlərlə "Uşaq Hüquqları" mövzusunda vacib məqamlar haqqında müzakirələr aparıldı.”Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların öz hüquqlarını bilməsi,qoruması haqqında fikirlər söyləndi.Sonda şagirdlərin fikirləri dinlənildi,sualları cavablandırıldı.