Böyüyən qəhrəmanlar

5 noyabr tarixində N.Fərəczadə adlı 100 № li tam orta məktəbə Zəfər Günü münasibətilə Vb sinfinin şagirdləri tərəfindən tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi,valideynlər,sinif rəhbəri X.Məmmədova Azərbaycan dili və ədəbiyyat müəllimi G.Mehdiyeva iştirak etdilər.Yüksək əhvali-ruhiyyədə vətənpərvərlik ruhunda keçirilən tədbirdə şagirdlərin ifa etdikləri şeirlər,mahnılar,göstərdikləri səhnəciklər hamı tərəfindən bəyənildi.Qonaqlar şagirdlərə təşəkkür etdilər.Gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması bizim üçün vacib məsələdir. Zəfər gününü bizə yaşadan cənab Ali baş komandana,ordumuza minnətdarlığımızı bildiririk, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyirik.