Zəfər tarixi

Bu gün N.Fərəczadə adına 100№-li tam orta məktəbdə Zəfər günü münasibətilə böyük təbdir keçirildi.
Təbdirdə məktəb rəhbərliyi,müəllim kollektivi,qazilər,şagirdlər və valideynlər iştirak edirdilər.Yəqin çoxları mənimlə razılaşarlar qəribə hislər keçirdim.Sevinc və kədər göz yaşlarım qəlbimə axdı.İlahi, bir milət bu qədər qəhrəman yetişdirə bilərmi? Anladım ki, qəlbində vətən sevgisi olan Əsmər müəllim var olduqca Mübarizlər,Poladlar,Anarlar,Xəyallar,Elvinlər yetişəcək, Vətənin dar günündə qranit sinələrin torpağa sipər edəcəklər.Bir daha Gülnar məllim,Əsmər müəllim və əməyi keçən həm kəsə təsəkkürlər.