Bilik günü
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Vətən uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Şəhidlik adlı uca zirvəni Vətən naminə canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayır. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdir.
15 SENTYABR “Bilik Günü” ilk dərslər ümumilikdə dərslər qəhrəmanlarəmıza-şəhidlərimizə həsr olundu.Sentyabr ayının 12 dən 13 nə keçən gecə erməni qəsbkarlarının törətdiyi təxribat nəticəsində Vətənin bütövlüyünü qoruyaraq Şəhidlik zirvəsinə ucalan oğullarımız yad edildi ,anıldı.Azərbaycan Ordusunun qəhrəman oğullarının şücaətindən bəhs edilən filmlər nümayiş edildi.
Qarabağ Azərbaycandır!!!