Son Zəng

Bu gün SON ZƏNGİNİZDİR... Bu zəngə SON ZƏNG deyirlər, amma zənnimizcə, o son zəng deyil! - Çünki o heç də son olaraq səslənmir! - Sizləri sonsuzluğa, bitib-tükənməyən fəaliyyətlərə, mübarizələrə, müvəffəqiyyətlərə uğurlayır! - Bəli, bu son zəng həyatınızdakı yeni bir mərhələnin başlanğıcıdır, fərqli aləmin, içində azadlıq, istək və arzuların reallaşmağa doğru getdiyi bir dünyanın astanasıdır! Bu zəngin adı SON ZƏNG olsa da, biz ona son deməyək! Həyəcandan, kövrək duyğulardan asılı olmayaq! Çünki bu günki dünya fərqlidir! - Onu idarə edə biləsən gərək! - Ondan asılı olmayasan gərək! - Onu gücün altında saxlamağı bacarasan gərək! - Əziz məzunlar, bunun üçün də sizə yüksək başarılar, müasir dünyamızın qlobal tələblərinə uyğun güclü təhsil, zehin açıqlığı, ağıl və zəka gərəkdir.
Biz məzunlarımızı təbrik edir və həayt yollarında daima uğurlar arzu edirik.Gələcəkdə öz ayaqları üzərində dayanaraq, müstəqil Azərbaycanın qürur duyacağı gənclər olacalarına inanırıq.