Şuşa, sən azadsan

8 iyun məktəbimizin həyətində "Şuşa, sən azadsan!" adlı tədbir keçirildi.Texnologiya müəllimi Təranə Abulovanın irəli sürdüyü və həyata keçirdiyi tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Sərgidə uşaqların plastik butulkalardan,taxtalardan,karton parçalarından,muncuqlardan,toxunma saplardan hazırladıgı əl işləri üstünlük təşkil edirdi. Xüsusilə, Şuşa qalasının maketi və həyətin,  uşaqların hazırladığı dekorlarla  bəzədilməsi daha çox  marağa səbəb oldu.   Tədbir məktəbin istedadlı uşaqlarının hazırladığı musiqi, rəqs  nömrələri  ilə tamamlandı. Konsertdə " Azərbaycan səninlədir,  sənsiz deyil" festivalının laureatları:Abulzadə Ləman,Əhmədova Aytən qonaq timsalında iştirak etdi.Tədbirin sonunda iştirakçılar fəxri fərmanlar və kiçik suvenir hədiyyələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi