Şuşa ili

“Şuşa ilinə həsr olunmuş 1 iyun uşaqların Beynəlxalq Müdafiəsi Günü”-adlı tədbirimizdən. Uşaqlar tərəfindən Azərbaycan Dövlət Himni səsləndirildi.Şəhidlərimizin ruhunu1 dəqiqəlik sükutla yad etdik.Ümumilli Liderimiz Heydər Əliyevin uşaqlar haqqında videoçarxı təqdim olundu.
Uşaqlar hüquqlarının müdafiəsi haqqında danışıldı.Hər uşaq hüquqlarını və vəzifələrini öyrəndi. Bayramla əlaqəli mahnı oxundu.Daha sonra “Vətən”anlayışı uşaqlara aşılandı.Qədim Şuşanın gözəlliyindən videoçaxr təqdim olundu.Şuşaya aid şeirlər.deyildi, “Xarıbülbül” səhnəciyi keçirildi və uşaqlar “Şuşanın dağları” və başqa milli mahnılara rəqslər etdilər.Ana dilimizin gözəlliyindən,zənginliyindən danışıldı,səhnəciklər təqdim olundu,şeirlər deyildi,mahnı oxundu. Sonda isə uşaqlar 1-ci sinfi bitirdikləri üçün “Birincilər” lenti təqdim olundu və təltifnamələr paylandı.