Hərbi tədbir

Məktəbdə "28 May Respublika günü"nə həsr edilmiş "Təlimdə tər, döyüşdə zəfər” adlı Hərbi İdman bayram keçirildi  28 May Müstəqillik günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrundə daim mübarizə aparmışdır, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan 20-ci əsrin əvvəllərində dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir. Bu gün biz bu bayramı daha böyük qürur hissi ilə keçiririk. Çünki nizami ordumuz 30 illik həsrətə 44 gündə  vətənpərvər oğullarımız erməni təcəvüzünə son qoydu.Vətən müharibəsi bir daha sübut etdi ki Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən ugrunda fəda  etməyə və düşmənə sarsıdıcı zərbə vurmaga qadirdi.

- Çıxış üçün ilk söz verilir direktoru Gülnarə xanım Məmmədovaya.  

Tədbirdə səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət xidmətinin Binəqədi rayon idarəsinin zabitləri iştirak edirdi.      

Həmçinin bu yarışda  99, 100, 143, 179, 182, 246, 314 nömrəli məktəblərin şagirdləri iştirak edir. Keçirilən yarışda N.Fərəczadə adına 100 N:li tam orta məktəb qalib olaraq I yeri tutdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi