Tarixə səyahət

Bakı şəhəri,Binəqədi rayon Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbin 5D sinfi ilə Qobustan Bədii Tarix Qoruğuna eskursiyamız baş tutdu.Qayalar üzərində tarixi uşaqlara göstərən zaman Qobustan qayaüstü təsvirlərində qədim insanların yaşayış tərzi,onların nə ilə məşğul olduqları haqqında şagirdlərə müfəssəl məlumat verildi.Şadirdlər ibtidai insanların ovladıqları heyvanlar,heyvanların sümüklərindən düzəldilən əmək əşyları ilə əyani şəkildə tanış oldular.