Oxu günü 10ç

Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimləri Aslanova Könül və Quliyeva Günay 10 ç sinfində ( rus bölməsi) “Oxu günü” ilə bağlı söhbət aparıblar. Daha sonra şagirdlərə sinifdəxaric oxu dərsi keçirilib. Şagirdlərin mənəvi dünyasının zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, idraki bacarıqların inkişafında və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.