Oxuyaq öyrənək

Binəqədi Rayon 100 nömrəli tam orta məktəbdə “Oxu günü” münasibətilə 6 ç sinfi ilə məktəbin həyətində açıq havada uşaqlarla tədbir keçirdik. Açıq hava olduğu üçün uşaqlar Cəlil Məmmədquluzadənin hekayələrini çox maraqla oxudular və öz fikirlərini bildirdilər.
Sinifdə də uşaqlarla birlikdə oxu guşəsi yaratdıq.Sinfin bütün uşaqları bu işdə fəal iştirak etdilər,müxtəlif şair və yazıçıların kitablarını həmin guşəyə qoydular.Uşaqlar oxuduqları kitabları bior-birilə müzakirə etdilər və bir-birinə hədiyyə etdilər. “Oxu Günündə” uşaqlar çox sevindilər və xeyli məlumat əldə etdilər.