Tarixi muzeylər

Məktəbin “4e” sinif rəhbəri Fərəcova Sevinc sevimli şagirdləri ilə bərabər “Şirvanşahlar” muzey kompleksinə səyahət etdilər.Orada yerləşən qədimi,tarixi abidələr ilə tanış oldular. Şagirdlərə olduqca maraqlı gələn bu səyahət zamanı qədimi zamanların tarixi,yaşayışına aid suallar meydana gəlirdi. Onlar sual yağışına düzülmüşdülər.Qız qalasından bakının möhtəşəm görüntüsü onları valeh etmişdi. Sonra kitab muzeyinə daxil oldular. Hər ölçüdə kitabın içində muzeylərin yazıldığının şahidi oldular.Bu gəzinti onlar üçün çox maraqlı oldu.