Firudin bəy Köçərli

05.04.2022-ci ildə 100 №l –li məktəbin X-VII sinifləri ilə birgə F.Köçərli  adına kitabxanaya ekskursiyaya getdik.Kitabxananın işçiləri tərəfindən kitabxana haqqında bizə çoxlu məlumatlar verildi. Bu  kitabxana çox zəngindir.Kitabxanada bütün yaş qrupuna uyğun kitablar və otaqlar var.Kitabxanada Azərbaycan dilindən başqa rus dilində,türk dilində,italya dilində kitablar var. Bundan başqa görmə qabiliyyətini itirən uşaqlar üçün də kitablar  var.

Bundan başqa uşaqların marağına səbəb olan kitab işə  “3D” adlanan kitab nümunəsi oldu. Kitabın vərəqləri açıldıqda musiqi səsi səslənirdi. Bundan başqa bizi kitabxananın işçiləri bütün otaqlarla tanış etdi.Onlar bizə F.Köçərlinin həyat-yaradıcılığı ilə tanış etdilər.Biz kitabxanadan xoş təəssüratlarla ayrıldıq.

Belə qərara gəldik ki, ayda 2 dəfə həmin kitabxanada olaq,oradakı kitablardan faydalanaq

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi