Şuşa fatehi Asəf

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizdən biri də Ağayev Asəf Abid oğludur.

Ağayev Asəf öz cəsurluğu ilə xalqın qəlbində daimi taxt qurdu.Etdiyi igidlik ilə körpədən böyüyə hamı onun igidliyindən danışdı ,danışır və danışacaq da.

Asəfin valideynləri adını daşıdığı ʺ4çʺsinfini ziyarət etdilər.Sinif rəhbəri Qədirova Nərgiz ailə üzvlərinə sinif haqqında məlumat verdi.Şagirdlər tərəfindən şəhidlərə həsr edilmiş kompozisiyalar  təqdim edildi. .Abid müəllim çıxış edərək öz adından və ailəsinin adından məktəb rəhbərliyinə ,sinif rəhbərinə və şagirdlərə təşəkkürünü bildirdi.Nə qədər ki ,vətənpərvər şagirdlər böyüyür şəhidlərin də daima qəlblərdə \ yaşayacağını bildirdi.Anası Gülnarə xanım şagirdəri Asəf ocağına ,Asəfin adını daşıdığı muzeyə dəvət etdi.Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi