Novruz bayramının tarixi

Məlumdur ki,istər qədim türk ,istərsə də islami görüşlərdə su ən əsas komponentdir.Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur.Ümumiyyətlə,dünyanın əksər xalqlarında su ilə bağlı miflərdə suyun bu keyfiyyəti – od,torpaq ,hava ilə barəbər yaradılışın əsas komponentlərindən olması daha qabarıqdır.
Novruz ərəfəsində keçirilən ikinci çərşənbə -od çərşənbəsi insanın yaradılışının ikinci mərhələsinin mifik təzahürüdür.Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur və Novruzdakı odla bağlı ritullar bu görüşlərlə bağlıdır.Bayram ərəfəsində keçirilən “Qodu xan “ oyunu,onunla bağlı mətnlər bundan qaynaqlanır.Od kültürünün yaradılışla əlaqəsi isə ilk dəfə epizodik də olsa Mirəli Seyidovun tədqiqatlarında əksini tapıb.
Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir.Əgər torpaq və su insan yaradılışının materialını,maddi əsasını təşkil edirsə,od və yel bu materialın yaradılmasında kənar vasitəçi statsundadır.Bu mənada yel ,hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir.
Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir.Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə son dərəcə əhəmiyyətlidir.Torpaq müqəddəsliyi həm də yurd,vətən,el-oba anlayışı ilə yanaşı,dirilmə canlanma hadisəsi də özündə əks etdirir.