Təbiət qış yuxusundan ayılır

Qılınc kimi kəsən qış şahlıq taxtından düşür.Öz yerini yamyaşıl,günəşli bülbüllü-qaranquşlu,nərgizli-laləli-büsbütün əlvan Bahara verir.Təbiət qış yuxusundan silkənib qalxır.Sular çağlayır,bulaqlar qaynayır. Hər tərəfdən xoş bahar-novruz əhval ruhiyyəsi boylanır.Hamı evdən bayıra-təbiətin qoynuna atılır.Tonqallar qalanır.Analarımız-bacılarımız səmənilər.adbaad göylər cücərdib baharıl qarşılayırlar. Üvlər bayram xonçaları kimi bəzənir, təzələnir.Hər ocaqdan sevinc-şadlıq səsləri yüksəlir. Bahar gəlir.