Novruz bayramı şənliyi

Novruz bayramı günü isə ta qədimlərdən insanlar Papaq atar. Qapıya atılan papağı boş qaytarmazlar. İçinə ləziz şeylər qoyardılar.
Qulaq falına çıxardılar. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilməsə, təəssüf ki, arzu yerinə yetirilməyəcək..Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın". Bu, bizim millətin oda sitayişinin bariz nümunəsidir. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Ona görə səməni xonçaları bəzəyi olub ta qədimlərdən.Yumurta döyüşdürmək. Oyunun nəticəsində asılı olaraq, tərəflərdən biri, yəni uduzan digərinin tələblərini yerinə yetirirdi.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.