Maral müəllimin uğuru

Azərbaycan Maarifşilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Unuversiteti,İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə 21-25 mart 2022-ci il tarixlərində istanbulda Eğitimde Yeni Trendler/İstanbul Eğitim Forumu 2022keçirilmişdir.Forumun rəsmi açılışı 22 mart 2022-ci il tarixində İstanbul Doğuş Universitetində baş tutdu. Hər iki ölkənin himni səsləndirildikdən sonra Doğuş Universiteti rektoru Prof.Dr. Turgut Özkan giriş sözü ilə Azərbaycan nümayəndə heyətini salamladı.Ardından Universitet haqqında ətraflı məlumat verdikdən sonra Türkiyə təhsil sistemi,dövlət və vəqf universitetinin fərqi, Türkiyə təhsilindəki yeniliklər,müəllimlərin tətbiq etdiyi son model yeni yanaşma və metodologiyalardan danışdı.Ardından Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi və sədri Tofiq Sadıxov çıxış edərək İstanbul Doğuş Universiteti rəhbərliyinə səmimi qarşılanma, seminar və panel müzakirələrinə imkan yaratdıqları üçün təşəkkür etdi. Sonra isə rektor Prof.Dr. Turgut Özkan forum iştirakşılarının suallarını cavablandırdı. Keçirilən forumda məktəbin “4 d” sinif rəhbəri Cabbarova Maral da iştirak etdi. Qonağı olduqları universitet və ilk okulunda Cabarova Maral öz fikir və idealarını səsləndirdi.Forumdan qayıtdıqdan sonra məktəbdə iclas keçirilildi və Maral müəllimə öz təəsüratlarını məktəb kollektivi ilə bölüşdü.