Bahar nəğmələri

Bahar nəğmələri qoy bu və buna bənzər nəğmələr dodaqlarda çiçək açsın. Dosta səsimiz, ünümüz çatsın, xalqa şanımız yetsin, torpağa ancaq halallıq toxumu səpək, təbiətin müqəddəsliyinə ehtiram göstərək. Çünki, yurdumuz bahar yurdu, odlar diyarıdır. Onun insanlarına Vətən məhəbbətini mübarizliyi, mətinliyi, zəhmətə bağlılığı, torpağı əkib-becərməyi, nəğməkar, şən, şux olmağı Novruz ənənələri öyrədibdir. Əməyə, həyata, təbiətə, insanlara məhəbbət rəmzi olan Novruz – bahar bayramı müstəqil Azərbaycanı yeni həyat tərzinə uyğun təzə mütərəqqi xüsusiyyətlərlə daha da zənginləşdirir, yeni məna və məzmun kəsb edir.