“Breyn-ring” intellektual oyununun protokolu

04 mart 2022-ci ildə məktəbin akt zalında 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Breyn-ring” intellektual oyunu keçirildi. Oyunun məqsədi- şagirdlərimizin intellektual biliklərinin artırılması,oxumağa həvəslərini artırılması,komanda şəklində işləməklərini dəstəkləməkdir.Oyunun aydalarına uyğun olaraq şagirdlər komandalara bölünmüşdür.Hər komanda özünə ad deviz seçməli və bunları nə üçün seçdiklərini qısa şəkildə izah etməli idi. Komandaların cavablarını münsiflər heyəti qiymətləndirirdi.
Oyunun sonunda qalib komandanın iştirakçılarına “Sertifikat”,digər komandaların iştirakçılarına “Təltifnamə” tədqim olunmuşdur.