Bizim böyük qələbəmiz

18 fevral 2022ci il Regional İnkişaf Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Bizim Böyük Qələbəmiz" adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai - siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev , Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin Səməndər Mənəfov , vətən müharibəsi qazisi Ceyhun Sədrayev, 100 nömrəli tam orta məktəbin məzunu şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, 100 nömrəli tam orta məktəbin məzunu şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva,100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirdən öncə RİİB könüllüləri tərəfindən "Bizim Böyük Qələbəmiz " adlı kitab 100 nömrəli tam orta məktəbin şəhid adını daşıyan 2 sinfinə təqdim edildi.
Tədbir Məktəb şagirdlərinin hazırladığı bədii hissə ilə davam etdi. Sonda bu günün xatirəsi olaraq məktəb şagirdləri tərəfindən Elmin İmanova xatirə hədiyyəsi təqdim olundu.Bizim boyuk qelebemiz adi beledir