Beynəlxalq Ana dili günü

21 fevral «Beynəlxalq Ana dili günü»nə həsr olunmuş tədbirin protokolu.
18 fevral 2022 -ci ildə 100 nömrəli məktəbin 7ç sinifinin «Beynəlxalq Ana dili» mövzusunda tədbiri keçirilmişdir.
Tədbir bir dərs saatını əhatə etmişdir. Tədbirin məqsədi şagirdlərə doğma dilin gözəlliyini, hər bir insan üçün vacibliyini göstərmək,öz dilini bilmək və digər dillərə də hörmətlə yanaşmağın mühüm olduğunu anlatmaq idi.
Azərbaycan çox millətli bir dövlətdir və burada həmişə milliyətindən ,dinindən asılı olmayaraq hər bir xalqa hörmətlə yanaşılmış,spesifik xüsusiyyətlərinin qorunub saxlanılmasına dəstək verilmişdir.
Şagirdlər bayramın yaranması,əhatə etdiyi mövzular haqqında danışmışdılar.Eləcə də məhşur şairlərimizin Ana dilinə həsr olunmuş şeirlərindən parçalar söyləmişdilər.
Tədbirin sonunda şagirdlərə həvəsləndirici sertifikatlar təqdim olunmuşdur.