Sağlam gələcək quraq

Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunub.

Narkomaiyaya qarsi mübarizə məqsədilə məktəbdə də mütəmadi olaraq tədbirlər keçirilir.Şagirdlərə bu bəlanın nə qədər təhlükəli olduğu aşılanır.Şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilir.Məktəbin psixoloqu və həkimi bu mövzuda şagirdlərlə söhbətlər aparır,videoslaydlar nümayiş edilir. Atdıqları hər addımda ilk olaraq ailələrini düşünməyi və gələcəklərini məhv etməməyin vacib olduğu aşılanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi