Vətənim Azərbaycandır!

Vətən mənə oğul desə nə dərdim” Bu kəlimə igid,mərd,cəsur Azərbaycan oğullarının qanına,canına qədər təsir edən cümlə! Onlar Vətən üçün canlarından belə keçməyə hazır oldular.Bunu “44 günlük Vətən” müharibəsi zamanı sübut etdilər. Bu igid oğullarımızdan biri də Mahmudov Yusifdir. O,cəbhəyə könüllü yolanaraq torpaqlarımızın azad olunmasında iştirak etdi. Fizuliyə qədər qəhrəmancasına döyüşdü. Döyüş zamanı arada ağır yaralandı. Hal-hazırda da müalicəsi davam edir. 100№ li tam orta məktəbin “8c” sinif rəhbəri Əlizadə Aynurə və şagirdləri Yusifin ziyarətinə gediblər.Onunla döyüş təəssüratlarından söhbət ediblər,qayğıları ilə maraqlanıblar.Mahmudov Yusif də öz növbəsində ilk olaraq prezidentimiz,ali baş komandan İlham Əliyevə göstərdiyi diqqətə və qayğıya görə öz təşəkkürümüzü bildirib