“Dəmir yumruq” dastanı

Hər şey dəmir yumruğun havaya qalxması ilə başladı. Həqiqətən də hər xalq dastan yarada bilmir.Dastanı o xalq yaradır ki, həyatı mübarizələrlə keçir,düşməninə qələbə çalmaq üçün çalışır,düşünür,mübarizə aparır, ən çətin məqamlarda belə ruhdan düşmür,həmişə qalib gələcəyinə inanır. Biz də həmişə inanırdıq ki, gözəllər gözəli Qarabağımızın hər qarışı yenidən bizim olacaq.Çünki əzəldən bizim olan torpaqlarımızın hər qarışı yenidən öz sahibinə qayıdacaq.Tarixdə misli bərabəri olmayan dastanımız yazıldı. Dağlar silkələndi,dərələr susdu,çaylar nəfəsini içinə çəkdi. 44 günlük “Vətən Müharibəsində” müzəffər ordumuzun şücaəti sayəsində xəritəmiz tamamlandı. 100№ li məktəb “Zəfər günü” nə həsr edilmiş şeir müsabiqəsi,rəsm müsabiqəsi,bədii gecədə keçirdi,şəhidlər xiyabanı ziyarət edildi.
Bizə bu sevinci yaşatan oğullara daima borcluyuq.Şəhidlərimizə rəhmət qazilərimizə can sağlığı və ordumuza güc arzu edirik.”Zəfərin mübarək Azərbaycan!”