Müstəqillik Günü

Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır, Azərbaycanın daha da güclənməsinə, sosial dövlətin möhkəmlənməsinə, əhalinin rifah halının yaxşılaşmasına, eləcə də mədəniyyətin, elmin, təhsilin daha da inkişaf etməsinə əlavə zəmin olacaq”.Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 20 il keçir. 1991-ci ilin 18 oktyabrında parlamentdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı”nın qəbul edilməsi ilə ölkəmiz yeni dövrə - milli dövlət quruculuğu mərhələsinə qədəm qoydu. Bu ilin oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil repsublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.