Yaşayan qəhrəmanlar

Qarabağ gözəlliyi, füsunkar təbiəti, zəngin təbii ehtiyatları ilə seçilən bir cənnətməkandır. Qarabağ qədim mədəniyyəti,tarixi abidələri ilə seçilən bir diyardır. Tariximizin daş yaddaşı olan Qarabağ təkcə Azərbaycan xalqının yox, bütün türk-müsəlman dünyasının qibləgahı, namusu,qeyrətidir. Qarabağ şəhid diyarıdır.Bizim Namiq də şəhidlər cərgəsindədir.Namiq Telman oğlu Fərəczadə 01 oktyabr 1974 - cü ildə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində anadan olmuşdur. Namiq zəhmətkeş bir ailədə böyümüşdür. Atası Telman, anası Həcər Namiqi öz halal əməkləri ilə böyütmüşdülər.Namiq Fərəczadə 1981-1989 cu illərdə Binəqədi rayonu 100 saylı orta məktəbdə təhsil almışdır. 1989 - 1992 ci illərdə Bakı şəhəri 79 nömrəli peşə məktəbində təhsilini davam etdirərək proqramla idarə edilən dəzgah və manipulyatorların sazlayıcı ixtisasına yiyələnmişdir.1992-ci il Binəqədi rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.Namiq qısa bir həyat yaşadı. Cəmi 18 il .Lakin atalar çox gözəl demişdir: "İgid ölər adı qalar." Namiqin qəhrəmanlıqları, igidlikləri daim ürəklərdə yaşayacaqdır. Məktəbin həyətində şəhidin büstü qoyulmuşdur. Bizim Namiq kimi oğullarımız çoxdur. Onların sayəsində biz mütləq Qarabağı azad edəcəyik .
Və bu gün qürar hissi ilə deyirik ki, “QARABAĞ AZƏRBAYCANDIR!!!” Ali baş komandanın,müzəffər ordumuzun və Namiq kimi oğulların sayəsində xəritəmiz yenidən tamamlandı. ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN.