Qarabağ Azərbaycandır

Azərbaycan Respublikası Gənclər Fondunun "İdeyanı reallaşdır"-gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi çərçivəsində fiziki şəxs Hacıyev Məhəmməd tərəfindən  "Evdə qal,Bilik qazan"onlayn intellektual bilik yarışı keçirildi. Beləki, layihə çərçivəsində nəzərdə tutulan “Evdə qalaq, Bilik alaq” onlayn intelektual bilik yarışı 15-19 dekabr 2020-ci il tarixlərində onlayn formatda, yarışın facebook səhifəsində canlı yayım vasitəsilə keçirilmişdir. Yarış 5 gün davam etməklə Azərbaycan tarixi, coğrafiya, ədəbiyyat, məntiq və dünyagörüşü mövzularını əhatə etmişdir.

Yarışda 21 komanda iştirak etmiş, ümumilikdə isə 200-ə yaxın şagirdi əhatə etmişdir.  Yarışda 1-ci yeri yeri Qarabağ Azərbaycandır! (Bakı şəhəri 100 saylı orta məktəb), 2-ci yeri General Həşimov (Xırdalan şəhəri 9 saylı orta məktəb) və 3-cü yeri Zəka (Xırdalan şəhəri 1 saylı orta məktəb) komandaları tutmuşdur. Qalib gələn  ilk 3 yerin  komandalarına kubok-medallar, diplom, hədiyyələr və digər bütün iştirakçılara sertifikatlar veriləcəkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi