Xocalı faciəsi

1992-ci il fevralın 25-dən 26 -a keçən gecə. Mənfur ermənilərin uzun illər ürəklərini parçalayan  xisləti  həyata keçirildi. Xocalı

əhalisi körpəyə, ahıla,uşağa fərq  qoyulmadan  gülləboran  olurdu.

Ölümün alovlu nəfəsi hər yandan onların üstünə axırdı. Zalımın  qara qılıncı günahsızların  başına endirilirdi. Gecənin qaranlığı tökülən nahaq qanlardan qızarmağa başlayırdı. Rəhmsiz,vəhşi insanların işgəncə torunda çırpınan ağsaçlı analar ucalardan-uca  sandığımız ulu tanrını səsləyirdi. Vaxtsız-vədəsiz dünyasını dəyişirdi insanlar! Onlara zülm edilir,divan  tutulurdu o gecə! O qanlı gecədə  ölənlər,itənlər 100-lərlə -1000-lərlə  idi.

XX sər- Azərbaycan xalqının həyatına,tarixinə ən qanlı,fəlakət və faciələrlə, əzab və işgəncələrlə,həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur.

         Xocalı uğrunda vuruşanların heç bir peşəkar hərbiçi deyil,sadəcə canlarından artıq  sevdikləri vətənin övladları idi.

Xocalı qırğını Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək elə bir fəlakətdir ki, dağı, iniltisi hələ neçə əsr davam edəcək.

     Amma mənfur erməni ordusunun məhfinə sanılı günlər qalıb!

Ədalət qalib gələcək!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi