Ana dilim

21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur.Birləşmiş Millətlər təşkilatı 1999-cu ilin noyabırında Bonqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Bonqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xartiəsində canlandırır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Ana dili millətin özünə məxsuzluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni iris ilə tanış olmağa,onlarla ünsiyyət qurmağa imkan yaradır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı,beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorumasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Hazırda bu ənənələri İlham Əliyev uğurla davam etdirməkdədir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.