20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

Hər bir xalqın tarixində həm faciəli məqamlar,həm də qəhrəmanlıq səhifələri olur.1990-cı ilin 20 yanvarında

Xalq Bakının küçələrinə və meydanlara çıxdı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını,şərəf ləyaqətini  hər  şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Milli azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutuldu.

20 Yanvar  milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə

 qarışmasına gətirib çıxartdı. 20 Yanvar faciəsi eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik,

istiqlal və hürriyyət uğrunda xalqımızın  apardığı milli azadlıq  hərəkatının  zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Həm də əbədi olaraq.Zaman gələcək yanar ürəklərdə  şəhid kimi, qardaş kimi,oğul kimi yetişəcək, böyüyəcək.Hər bir körpənin  qədəmində, bir göyərçin uçuşunda  qərənfil   ləçəyində  yaşayacaq igidlərimiz.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi