Nəsimi ili - 650

 

Azərbaycan şeir mədəniyyəyinin görkəmli nümayəndəsi, poeziyamızın sultanı Seyid İmadəddin Nəsimi XIV

əsrin axırlarında,XV əsrin əvvəllərində yaşayıb yaratmışdır.

Nəsiminin tarixi xidmətlərindən biri onun doğma Azərbaycan dilində yazması, Azərbayhcan  ədəbi dilini,şeir dilini zənginləşdirməsidir.

Nəsimi zamanına görə mükəmməl təhsil görmüş,öz doğma ana dilindən başqa fars,ərəb dilinmi, məntiq,riyaziyyat,təbiət və astranomiya dərslərini öyrənmişdir.

Nəsiminin yaradıcıəllığında hürufiliyin qüvvətli təsiri olmuşdur.Lakin Nəsimi yalnız hürufi deyildi.O,hər şeydən əvvəl şair idi. O, öz yaradıcıllığında insana böyük qiymət verir və insan alcaldan,insanın iradə və azadlığını buxovlayan dini əxlaq və ənənələr əleyhinə etiraz edir. Nəsimi behişdən gələn nəsim,yol göstərən,ilahi eşq yolunda şəhid olmuş bir rəhbər,bir mürşüddür .O, Azərbaycan ədəbiyyatı tarixinə alovlu insanpərvər,döyüşkən bir şair kimi daxil olmuş, şeiri ,mövzu,fikir ,şəkil cəhətdən zənginləşmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi