Nizami rayonu 10№-li orta məktəb üzrə “Qarabağ tarixi” mövzusunda MÜHAZİRƏ

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşmaya əsasən “Yayım Assosiasiyasının 06 oktyabr 2015-ci il qərarına əsasən Bakı şəhər məktəblərində “Ermənistan –Azərbaycan Dağlıq Qarabağ problemi, hadisə şahidlərinin iştirakı ilə gənclərdə vətənpərvərlik ruhunun təbliği sahəsində tədbirlərin təşkili” layihəsinin həyata keçirilməsi ilə bağlı müraciət etmişdir. Bu müraciətlə əlaqədar Bakı şəhəri Nizami rayonu 10№- li orta məktəbdə 20.10.2015 – ci il tarixdə məktəbin tarix müəllimi Paşayeva Elnurə “Qarabağ tarixi” mövzusunda yuxarı sinif şagirdlərinin iştirakı ilə mühazirə təşkil etmişdir. Mühazirədə Qarabağın qədim dövrdən başlayaraq müasir dövrə qədər olan tarixi xronikası danışılmış, mühazirənin gedişində uşaqların da iştirakına şərait yaradılmış, mühazirə ətrafında şagirdlər də fikir bildirmişlər. Sonda Qarabağ xanlığı haqıında və erməni vandalizminin qurbanı olmuş abidələrimizi əks etdirən video görüntülər göstərilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi