Pedaqoji Şuranın iclası keçirilib.

Pedaqoji Şuranın iclası keçirilib.
12 sentyabr 2025-ci il tarixində 2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar 10 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın iclası keçirilib.
İclası giriş sözü ilə açan direktor Şəfayət Orucova yeni tədris ili münasibətilə pedaqoji kollektivin üzvlərini təbrik edib, uğurlar arzulayıb.
Sonra 2024-2025-ci tədris ilinin yekunları, IX və XI siniflərin buraxılış və qəbul imtahanlarının nəticələri müzakirə olunub, qazanılmış nailiyyətlər və buraxılmış nöqsanlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Direktor yeni tədris ilində qarşıda duran vəzifələr, hədəflər haqqında geniş məlumat verib.
İclas direktor müavinlərinin çıxışı ilə davam etdirilib. Sonda yekun qərarlar qəbul olunub.